Laçında avtoqəza nəticəsində həlak olan hərbçimiz Həsən İsmayılov Gəncədə dəfn olunub.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.
***
Laçında avtoqəza nəticəsində həlak olan hərbçimiz Gəncədə dəfn olunacaq.
Teleqraf.com xəbər verir ki, dünən Laçın rayonunda yol qəzası zamanı həlak olan iki hərbçimizdən biri Həsən İsmayılov bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Hazırda onun yaşadığı evin qarşısında yas çadırı qurulub.
Hərbçimizin dəfnində şəhər rəsmiləri, qazilər, şəhid ailələrinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunan H.İsmayılov yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayaraq həlak olub.