8 Yanvar 12:31
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onunla çox yaxın olmasaq da, əminəm ki, bir-birimizin uzaqdan da olsa sənətini bəyənirdik. Könüldən-könülə həmişə yol olur. Aygün xanımı çox sevirdim. Tələbələrimlə onu mərkəzimizdə qonaq etmişdik. Yeni layihələr etmək istəyirdik, əcəl imkan vermədi".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Xəlilova mərhum Aygün Hümmətovanın (Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan vida mərasimində deyib:

“Onun dekabrın 26-da Heydər Əliyev Sarayındakı konsertinə gedə bilmədim. O vəziyyətdə onu görmək istəmədim. Tələbələrim konsertə getmişdilər, video çəkmişdilər. Onu o vəziyyətdə görmək çox çətin idi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər