Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, “Astara” gömrük postunda yeddi və “Xanoba” gömrük postunda beş yük maşını var.
Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.