16 Yanvar 16:54
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay markası Gəncədə Yeni il yarmarkasında iştirak edib.

Teleqraf.com xəbər verir ki, şəhərin baş meydanında qurulan yarmarkada adıçəkilən marka çaysevərləri ətirli Şri-Lanka çayına qonaq edib.

Yeni il şəhərciyində müxtəlif dadlı təamlar eləcə də maraqlı əyləncələrlə şəhər sakinlərinin bayram günlərində xoş istirahətini təmin edib.

30 ildir istehlakçıların sevgisini qazanan “Final” çayı bayram yarmarkasının keçirildiyi 20 gün ərzində 7000 qonağa çay ikram edib.

Qeyd edək ki, bayram günlərində müxtəlif tədbirlərə dəstək vermiş “Final” çay markası Xankəndi şəhərində keçirilmiş “Qarabağ” – MOİK qarşılaşmasında bütün tamaşaçıları ödənişsiz olaraq çay ilə təmin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər