24 Yanvar 17:34
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə gələcək heyətin tərkibini təsdiqləyib.

Teleqraf.com Secki-2024.az-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan MSK yanvarın 23-də “Qazaxıstan Respublikasından olan müşahidəçilərin siyahısının təsdiq edilməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanda Prezident seçkilərini Qazaxıstandan 19 müşahidəçi izləyəcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər