27 Yanvar 20:37
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 2340 m² olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 m² olan müxtəlif təyinatlı 8 mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 m² sahədə əriyib.

Bazarın böyük hissəsi yanğından mühafizə olunub.

***

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Müəllif: Teleqraf.com
FHN