29 Yanvar 11:50
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 337,539 milyon manat təşkil edib.

Teleqraf.com DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6 % artaraq 1 milyard 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11 % artaraq 4 milyard 443,321 milyon manat, aksizlər üzrə daxilolmalar 32,8 % artaraq 224,313 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,3 % azalaraq 42,826 milyon manat olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər