Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.
Bu gün DGK-də gömrük işçilərinin peşə bayramı münasibətilə keçilən mərasimdə general rütbəsi alan əməkdaşlara rütbələr təqdim olunub.