30 Yanvar 12:21
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470.40 hektar torpaq sahəsi üzrə 6 müraciətə müsbət cavab verilib.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev deyib.

Onun sözlərinə görə, 2 min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib:

"Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şərhərsalma və Arxitektura Komitəsindən daxil olan 4959 hektar torpaq sahəsi üzrə 134 müraciətə müsbət rəy verilib. Ümumilikdə, 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər