7 Fevral 11:13
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Teleqraf.com xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər