20 Fevral 08:37
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

Keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb.

Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər