Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bu hesabla (Kamil Zeynallının saxlanılması – red.) Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib. Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər əl-qollarını sallaya-sallaya Rusiyaya daxil olur, Moskvada görüşlər keçirir, təlimat alır və geri qayıdırlar. Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər.
Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır. Qonşularımızı yaxşı tanıyaq”, - ekspert bildirib.