Ağdamda tikilən stadiona "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adı verilsin.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili "Qarabağ" futbol klubunun dünənki qələbəsində Qurban Qurbanovun böyük xidmətlərinin olduğunu deyərək Ağdam stadionuna onun adının verilməsini məqsədəuyğun sayıb:
"Məsələn, Türkiyədə Fatih Terim, Şenol Günəş adına stadionlar var. Bizdə niyə olmasın? Adam o boyda uğura imza atıb. Gedib dünya çempionu olası deyil ki?..".