26 Fevral 10:50
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər iş görülsə də, təəssüflər ki, məktəblərdə bu cür hallar yenə də baş verir.

Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 156 saylı orta məktəblə bağlı bullinq hadisəsinə və yayılan videoya münasibət bildirərkən deyib.

Dövlət Komitəsinin sədri məsələ ilə bağlı maaarifləndirmə işlərinin aparıldığını bildirib:

“Təkcə komitə yox, digər aidiyyəti orqanlarla da bu istiqamətdə əlaqələndirilmiş fəaliyyət aparılır. Təəssüflər ki, bu hallardan heç kim sığortalanmayıb. Müəyyən işlər görülür. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. O başqa məsələdir ki, insanlar məsuliyyətini necə dərk edirlər...”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər