27 Fevral 19:56
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu gün Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz Azərbaycan Respublikasından Səudiyyə Ərəbistanına gələn Allahın qonaqları (zəvvarlar) üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi yollarını, Krallıq Hökumətinin bu sahədəki səylərini müzakirə etdik. Səmimi qəbula və səxavətli qonaqpərvərliyə görə Zati-alilərinə təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə keçirdiyi brifinqdə söyləyib.

Onu bu səfərdə hökumət və özəl sektorları təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin müşayiət etdiyini bildirən nazir deyib:

“Məqsədimiz “Səudiyyə: 2030-cu ilə Baxış” hədəflərinə uyğun olaraq rəqəmsal xidmətləri inkişaf etdirmək və müstəsna təcrübənin tətbiqi ilə yaradılan təşəbbüs və imkanlar haqqında Azərbaycan Respublikasındakı qardaşlarımıza məlumat verməkdir. Sizi əmin edirəm ki, Krallığın Hökuməti və onun bütün dövlət və özəl sektorları iki Müqəddəs Məscidi ziyarət etmək üçün dünyanın hər yerindən daha çox müsəlmanın gəlməsini asanlaşdırmaq məqsədi daşıyan prosedurlar və qanunlar hazırlamağa səy göstərir, onların Ümrə ziyarəti və iman səyahətlərini mükəmməlləşdirməyə, mədəni təcrübələrini zənginləşdirməyə çalışır”.

“Azərbaycan Respublikası vətəndaşlarının ziyarətini asanlaşdırmaq məqsədilə VİSİTSAUDİ portalı vasitəsilə və ya ölkəyə gəldikdən sonra hava limanlarında əldə edə biləcəkləri, birillik çoxdəfəlik E-Viza istifadəyə verilib ki, onunla qalma müddəti 90 günə qədərdir. Bu da onlara Ümrə ziyarətini yerinə yetirmək və Krallığın qalan bölgələrini ziyarət etmək imkanı verir. Həmçinin müvafiq tətbiqi vasitəsilə Ümrə icazəsi və ər-Raudə əş-Şərifə ziyarət icazəsini asanlıqla və rahatlıqla əldə etməyə şərait yaradır”, - nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər