27 Yanvar 2015 15:10
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Xırdalan şəhərindəki Mədəniyyət sarayında Sumqayıt, Abşeron və Xızı rayonlarından olan 20-ə yaxın vətəndaşı qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər