28 Mart 13:52
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 4-də minifutbol üzrə Avropa çempionatının püşkü atılacaq.

Teleqraf.com xəbər verir ki püşkatmaya 1-ci səbətdən qatılacaq Azərbaycan millisinin potensial rəqibləri bəlli olub.

Yığma qitə çempionatında aşağıdakı komandalardan üçü ilə eyni qrupda mübarizə aparacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq.


Müəllif: Teleqraf.com