Ölkəmizin ilk milli uşaq markası olan "Shokki Mokki"nin UAFA ilə birlikdə həyata keçirdiyi "Məktəbim" layihəsinin hesabat tədbiri olub.
Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə millət vəkilləri, bir sıra dövlət qurumu rəsmiləri, şirkət və QHT rəhbərləri, media nümayəndələri iştirak edib.
Layihənin xoşməramlı səfiri və gecənin aparıcısı Firuzə Cəlilova "Əl -ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə" şüarı altında həyata keçirilən "Məktəbim" layihəsinin ölkəmizdə son dövrlər reallaşdırılan sosial məsuliyyət layihələri arasında önəmli yer tutduğunu bildirib.
Daha sonra "Azərsun Holdinq"in rəsmisi Gökhan Taşdemir çıxış edib.
Gökhan bəy şirkətlər qrupunun korporativ sosial məsuliyyət layihələrinə həssas yanaşdığını, cəmiyyət üçün yararlı, xüsusilə də təhsil yönümlü layihələrin holdinq üçün prioritet məsələ olduğunu bildirib.
"Shokki Mokki" brendinin marketinq müdiri Nəzrin Əliyeva və UAFA Azərbaycanın direktoru Gwen Burchell layihə ilə bağlı fikirlərini bölüşüblər.
Onlar bildiriblər ki, "Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək oldu.
Tədbirin sonunda "Məktəbim" layihəsində fəal iştirak edən rəhbər xanımlara sertifikat verilib.
Son olaraq qeyd edək ki, hazırda “Məktəbim” layihəsi çərçivəsində 50-yə yaxın məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir.
Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.