15 Aprel 12:11
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabr ayı COP29 üçün pik nöqtədir”.

Teleqraf.com xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

O, bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edib:

“Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaranacaq. Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq. Bütün dünya bir olmalıdır. Yer kürəsi üçün yeni inkişaf modelləri ortaya qoyulmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər