26 Aprel 16:00
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdeal partiyasının rəhbəri olduğu iddia olunan, eyni adlı saytın rəhbəri Nazim Quliyev məsuliyyətə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, Nazim Quliyev iki nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsində hakimi Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatəti təmin olunub. Nazim Quliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.


Müəllif: Hacı Zeynalov