8 May 01:02
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

***

22:06

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir. Onlardan 5-i uşaqdır.


Müəllif: Teleqraf.com