9 May 16:42
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və “Məclis.info” saytının rəhbəri İmran Əliyev barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.


Müəllif: Teleqraf.com