Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhətində problem yaranıb.
Teleqraf.com "axşam.az"a istinadən bildirir ki, aktyor onkoloji xəstəlikdən əziyyət çəkir. R.İbrahimovun qızı Nisə Rzayeva atasının müalicəsi ilə bağlı bir çox qrumlara müraciət etdiyini deyib:
"Hazırda vəziyyəti yaxşı deyil. Atamın müalicəsinin nəzarətə götürülməsini istəyirəm. Bunun üçün bir çox yerlərə - Heydər Əliyev Fondu, teatr və başqa qrumlara məktub yazmışam. Atama yardım edilsin".
Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edir.