7 İyun 11:59
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq və “Böyük Qayıdış” proqramının icrası üçün 1 milyard 160 milyon manat vəsait ayrılıb”.

Teleqraf.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə çıxış edərkən deyib.

Nazir əlavə edib ki, bundan başqa müdafiə və təhlükəsizlik xərcləri üçün 807 milyon manat, ölkənin digər regionlardakı infrastruktur sahələrinin inkişfaı üçün isə 977 milyon manat ayrılıb.

Samir Şərifov əlavə edib ki, cari ilin ötən 4 ayında ölkədə 38,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 4,3 % artıb:

"Dünya neft-qaz bazarlarında mövcud olan münbit qiymət 2024-cü ilin dövlət büdcəsində neft-qaz gəlirlərinin proqnozdan çox olmasına səbəb olub. Dövlət büdcəsinin artan gəlirləri əlavə vergi daxilolmaları, əlavə gömrük və idxaldan vergi daxilolmaları, dövlət büdcəsi tərkibində nəqliyyat vasitələrinin utilizasiyası fonduna daxilolmalar, dövlət borc kağızlarının emissiyası və s. hesabına təmin olunacaq. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9%-i neft qaz sektoru, 51,9%-i isə qeyri-neft qaz sektorunun payına düşəcək. Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği dəyişməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər