Rusiya Fövqəladə Hallar Nazirliyi şaxtanın əkin sahələrinə təsir göstərməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edildiyini bildirib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, ölkədə hökm sürən şaxtalı hava şəraiti 11 rayonda əkin sahələrinə ziyan vurub.
Rusiyanın Kənd Təsərrüfatı naziri Oksana Lut mayın 27-də məsələ ilə bağlı açıqlamasında şaxtanın daha çox almalara təsir etdiyini və boşluğu aradan qaldırmaq üçün meyvəni xaricdən gətirə biləcəklərini bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, xüsusilə Rusiyanın mərkəzi rayonlarında soyuq hava müşahidə edilir. Şaxta səbəbindən təxminən 830 min hektar sahədə əkin sahələrinə ziyan dəyib.