İldırım vurması nəticəsində həlak olan hərbçimiz, mayor Baxış Baxışlı nişanlı imiş.
Teleqraf.com xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.
Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.