Büdcə ilə bağlı bütün bölgülər deputatların arzuladığı formada həyata keçirilib. Qarabağ, ordu quruculuğu və sosial sahələrlə bağlı əlavə xərclərin olması təklif olunurdu.
Teleqraf.com xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bəzən kimlərsə parlamenti özünün şəxsi auditoriyası hesab edir, çoxluq azlığa tabe olur: "Amma indi vəziyyət fərqlidir. Kimlərsə parlamentin binasından çıxan kimi jurnalistləri başına yığıb əsassız məlumatlar verir. Qarabağda görülən işlərə kölgə salmağa çalışılır. "Sosial təminatdan kəsilib Qarabağın bərpasına yönəldilir" kimi fikirlər də yersizdir. Dövlətin bütün hədəfi odur ki, Qarabağın hər bir qarışında cənnət yaransın. Qurtuluş Günü ərəfəsində nələrəsə kölgə salırlar. Vaxtilə Surətin qarşısından qaçanlar, Kələkidə soğan əkənlər indi bizə ağıl öyrədir”.