Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov işdən ayrılıb.
Teleqraf.com xəbər verir ki, R.Ələkbərov qurumdakı istefaları kinostudiyanın fəaliyyətsizliyi ilə əlaqələndirib.
Qeyd edək ki, bundan əvvəl "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov, onun müavini Aydın Hüseynov və prodüser Emil Nəcəfov öz ərizələri ilə tutduqları vəzifədən azad ediliblər.
Bir neçə gün əvvəl isə həmin vəzifəyə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.
Ona həmçinin "Azərbaycanfilm" studiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.