27 İyun 14:20
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.

Teleqraf.com Oxu24.com-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev Bakıda Daxili Qoşunlarda xidmət edirmiş. Qətli də xidməti silahla törədib.

Məlumata görə, hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub.

Həmin davadan sonra tərəflər arasında münasibət daha da kəskinləşib.

Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb.

Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzinin qarşısında tərəflər arasında mübahisə yaranıb.

Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib.

Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb.Daha sonra Tural Kosayevin baş və sinə nayihəsinə atəş açaraq onu qətlə yetirib.Sonuncu yerindəcə keçinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər