1 İyul 15:40
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.

Təhsil İnstitutundan Teleqraf.com-a verilən məlumata görə, 2 iyul tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.


Müəllif: Teleqraf.com