1 İyul 17:48
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bəzi rayonlarında yanğın indeksi yüksək yanğın təhlükəsinə çatıb.

Teleqraf.com-a xəbər verir ki, bu barədə Milli Hidrometeoroogiya Xidmətindən bildirilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. Gəncə-Qazax bölgəsi üzrə yanğın indeksi Gəncə, Tovuz, Tərtərdə orta, Ağstafa, Naftalanda yüksək, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi isə Oğuz, Zaqatalada kiçik, Şəki, Qəbələdə isə orta yanğın təhlükəsi növünə çatıb.

Məlumatda qeyd olunub ki, Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Quba, Qusar, Xızıda kiçik, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan bölgəsinə gəlincə, Şamaxıda kiçik, İsmayıllı, Qobustanda, həmçinin Astara, Yardımlıda kiçik, Lənkəranda isə orta yanğın təhlükəsi növünə çatıb.

Xatırladaq ki, iyulun 2-də bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər