6 İyul 15:13
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclərin üstünlük verdiyi enerji içkilərinin zərərləri haqqında çox danışılır. Onun fəsadları saysız-hesabsız olsa da, ən böyük zərərlərindən biri infarkt riskini artırmasıdır.

Teleqraf.com xəbər verir ki, son araşdırmaların nəticələri daha böyük narahatlıq doğurur.

Mütəxəssislər deyirlər ki, bu içkilər insanları intihara sürükləyə bilər. Enerji içkiləri təkcə fiziki yox, psixi sağlamlığımızı da təhdid edir.

Asılılıq yaradan enerji içkiləri infarktla yanaşı, intihara da səbəb ola bilir. Onların tərkibindəki şəkər və kofein bir araya gələndə təhlükənin miqyası artır. Xüsusilə gənclər arasında çox istifadə edilən enerji içkilərinin psixoloji fəsadları daha böyükdür.

Türkiyəli psixiatr Taha Can Tuman deyir ki, idmandan əvvəl enerji içkilərin içilməsi gənclər arasında vərdişə çevrilib. Belə içkiləri intihar düşüncələrinin yaranmasına da səbəb olur.

Kardioloq Fethi Kılıçaslan isə enerji içkilərinin həddindən artıq istehlak edildikdə ürək spazmlarına, ritm pozğunluğuna gətirib çıxardığını, nəticədə infarkt və ani ölüm riskini artırdığını bildirir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər