8 İyul 12:59
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycana yaşayan 380 mindən çox Azərbaycan türkü zorla evlərindən çıxarılıb, bütün mülkləri müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.

Kılıç bildirib ki, bu gün Ermənistanı müdafiə edənlər Qarabağdan öz arzuları ilə çıxan ermənilərin geri dönmələri üçün qarantiya istəyir, bəs niyə 380 mindən çox Qərbi azərbaycanlının öz torpaqlarına qayıtması üçün qarantiya tələb edilmir: "Ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişib. Bu gün dünyada heç kim bu haqda danışmır. Bu azmış kimi Ermənistanı müdafiə edirlər. Biz beynəlxalq ictimaiyyəti bu məsələyə yönəltmək istəyirik. Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olmuşuq. Bundan sonra da olacağıq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər