Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq su attraksionunda köməksiz vəziyyətdə qalmış zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.