20 İyul 14:54
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı tələblərə uyğunluğunu yoxlanılması üçün siyahısı hazırlanır.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır: "Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.

Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq".

N. Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələbələr olacaq: "Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələbələrə uyğunluğuna baxacayıq. Əgər mal onlara cavab verərsə sənəd veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər