Keçmiş diplomat Emin Şaiq İbrahimov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkə məlumat yayıb.
Məlumata görə, o, adam bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev sözügedən paylaşıma rəy yazıb:
“Belə bir hadisə baş verib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.