Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Jurnalistin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Günel Cavadxanın bir övladı var.
Onun qardaşı iki il əvvəl dənizdə batan şəxsləri xilas etməyə çalışarkən özü də boğulub.