28 İyul 13:56
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib. Daha sonra Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.

Məsud Pezeşkian iyulun 30-da İran parlamentində and içəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər