Sənədsiz evlərlə bağlı problemin həlli üzərində işlər davam etdirilir. Belə evlər üçün ayrıca hüquqi normativ aktın qəbulu nəzərdə tutulur.
Hazırda ölkədə təxminən 400 mindən çox belə fərdi yaşayış evi var. Onların əksəriyyəti mühafizə zonalarında yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Elə problemi yaradan da bu amildir.
Əlində hüquqi sənədi olan vətəndaşların evlərinin qeydiyyata alınmasında hər hansı problem yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
Ətraflı videoda: