1 Avqust 17:37
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-dən 22-dək davam edəcək COP29-a görə ölkədə bəzi məhdudiyyətlərin tətbiqi mümkün sayılır. Bəs ictimai nəqliyyatda hansı məhdudiyyətlər gözlənilir?

Teleqraf.com-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirir ki, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmazdır:

“COP29 ekoloji təmiz dünya üçün ən mötəbər tədbirdir. Konfrans üçün ölkəmizə gələn qonaqların yerləşmə məkanları Bakı Olimpiya Stadionunun yaxınlığında seçilib. İstər ictimai nəqliyyat, istər taksi ilə bağlı gözləntilər var. COP29-da qonaqların qarşılanması, qəbulu, tədbir keçirilən ərazilərə daşınması, yola salınması ardıcıllıqla təşkil olunmalı vacib məsələlərdir. Eyni zamanda, turistlər ölkədəki taksi şirkətlərindən rahatlıqla istifadə edə bilməlidirlər”.

Ekpert tədbir ərəfəsində xüsusi taksilərin fəaliyyət göstərə biləcəyini də istisan etmir:

“Ola bilsin, qonaqların daşınması üçün xüsusi taksilər olsun. Əsas məqam ondan ibarətdir ki, hotellər şəhərin mərkəzindədir. Ona görə, nəqliyyatın hərəkətində sıxlıq yaranacaq. Sıxlığın təşkilati işlərə mane olmaması üçün bəzi küçələr ümumi istifadə üçün bağlana, həmçinin bəzi avtobus xətlərinin istiqaməti də dəyişdirilə bilər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər