İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya dəstəsinin helikopterləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar intensiv şəkildə aparılır.
Əlavə məlumat veriləcək.