26 Avqust 11:42
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı plan yerləri ən çox II ixtisas qrupunda dolub (98.29%).

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir.

M.Abbaszadə bildirib ki, ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub: "I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər