12 Sentyabr 20:00
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərini iki hissəyə bölmək olar. İlkin olaraq seçkiyə qədər olan müddət var. Bu dövrdə biz partiya olaraq heç bir problemlə üzləşmədik. Seçkiyə 40 yaxın namizədlə qatılmaq istəyirdik. Onlardan 18-i qeydə alındı.

Bunu Teleqraf.com-a AĞ Partiya başqanı Tural Abbaslı deyib.

O qeyd edib ki, seçkiyə qədər hamı sərbəst şəkildə təbliğatını apara bildi: "Hazırda partiya daxilində seçkidə iştirak edən namizədlərlə və digər strukturlarla prosesi analiz etməyə çalışırıq”.

Tural Abbaslı seçkidən sonra istefa verən partiya sədrlərinin qərarına da münasibət bildirib: “Məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Partiya seçkidə nəticə əldə etmirsə, onun lideri istefa verməlidir deyə anlayış yoxdur. Bu, ictimai sifarişdir, yoxsa partiya tələbidir? Məsələ müzakirəyə açıq qalır. Eyni zamanda seçkidə hansısa siyasi partiya məğlub olubsa, bunun səbəbləri araşdırılmalıdır. Səbəblər aradan qaldırılmalıdır. Əgər partiya lideri səlahiyyətlərini icra edə bilmirsə istefa verə bilər”.

Partiya sədri bildirib ki, seçkidə 1 namizədlə qatılıb bir mandat alan və yaxud 6 namizədlə qatılıb bir deputat postu qazanan partiya var: “Məğlubiyyət isə başqa anlayışdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər