Böyük Britaniyanın Silli adasında minlərlə nadir meduza sahilə çıxıb.
Teleqraf.com xəbər verirk ki, bu barədə "Blackpool Gazette" məlumat yayıb.
Bildirilir ki, fotoqraf Nikki Banfild sahilə çıxan bənövşəyi meduzaları lenta alıb. O, daha əvvəl də meduzaların sahilə çıxdığını, lakin bu dəfə saylarının çox olduğunu qeyd edib.
Banfild bildirib ki, sahilə çıxan meduzalar acınacaqlı mənzərə yaradıb, belə ki, qızmar günün altında nadir meduzalar tələf olur.