13 Sentyabr 01:48
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda meymunçiçəyi virusuna yoluxma hallarının sayı 6-ya yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Xayber-Paxtunxva əyalətinin Dir rayonunda yaşayan və Yaxın Şərq ölkələrinin birindən bir müddət əvvəl qayıdan şəxsdə virus aşkar edilib.

Həmin şəxsin karantinə alındığı bildirilir.

Qeyd edək ki, meymunçiçəyi virusu avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər