12 Sentyabr 20:30
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Kursk əməliyyatı Rusiya qüvvələrinin Pokrovsk (Donetsk) istiqamətində hücumdan yayındırıb.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petro Çernik deyib.

“Bu dəfə biz qoşunların gizli əməliyyat komandanlığını elə qurduq ki, düşmənin xəbəri olmadı. Bu, çox vacibdir. Başqa bir əsas məqamı - düşmənin Xersona necə daxil olduğunu və əhalinin özünü necə apardığını xatırlayaq, kütləvi şəkildə vətəndaş müqaviməti yaranmışdı”, - ekspert bildirib.

Çernik qeyd edib ki, Kurska hərbi müdaxilə olanda yerli sakinlər müqavimət göstərməyib.

Ekspert onu da söyləyib ki, Ukrayna ordusunun Kurskda ələ keçirdiyi Suca şəhəri hərbi baxımdan həm dəmir yolu, həm də yol qovşağı kimi ciddi logistik önəmə malikdir, orada bütün coğrafiya bizim xeyrimizədir. Bundan əlavə, o vurğulayıb ki, ruslar Kurskda əks-hücum üçün qüvvə və vasitələri cəmləyəcəklər.

“Amma onların tutarlı zərbə vurmaq qabiliyyətləri var. Söhbət hava ilə əlaqəlidir. Yağışlar başlayan kimi torpaq əriyəcək, ağır texnika, xüsusən də tanklar hərəkət edə bilməyəcək”, - analitik qeyd edib.

Çernik həmçinin əmindir ki, Kursk əməliyyatı rusları Pokrovsk istiqamətində hücumdan yayındırıb:

“Hazırda Pokrovsk istiqamətində hücum xeyli yavaşlayıb. İndi yağışlı havanı gözləmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər