13 Sentyabr 10:12
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu son sutka ərzində Ukraynanın Donetsk vilayətində bir sıra istiqamətlərdə irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə cəbhədəki vəziyyəti müşahidə edən “DeepState” monitorinq qrupu məlumat yayıb.

Rusların Makivka, Krasnoqorivka, Qrodivka, həmçinin Pişçanı və Preçistivka yaxınlığında irəlilədikləri bildirilir.

Ukrayna Silahlı Qüvvələrin ali baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, hazırda Rusiya əsas diqqətini Pakrovska yönəldib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər