13 Sentyabr 12:06
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb uzaqmənzilli raketlərdən istifadəni fəal müzakirə etməklə Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını gizlətməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“ABŞ, Almaniya, İngiltərə və Fransa ölkəmizin ərazisinə uzaqmənzilli silahlardan zərbə endirmək imkanını müzakirə edir. Bu, onların hərbi əməliyyatlarda birbaşa iştirakını gizlətmək cəhdindən başqa bir şey deyil. Əslində, ABŞ və müttəfiqləri Rusiyaya qarşı raketlərin köməyi ilə təcavüz aktları həyata keçirmək səlahiyyəti verməyə çalışırlar”, - spiker bildirib.

Həmçinin o qeyd edib ki, Pentaqon nüvə partlayışının nəticələrini təhlil etməyə başlayıb. Bütün bunlar, Volodinin fikrincə, NATO-nun Ukrayna Silahlı Qüvvələri adı altında döyüşdüyünün birbaşa sübutudur.

“NATO Ukraynada hərbi əməliyyatlara cəlb edilib. Ölkəmizə qarşı müharibə aparırlar.

Əvvəllər bunlar məsləhətçilər və təlimatçılar idi, indi muzdlular və NATO silahlarından istifadə edən bütöv birliklərdir. Ölkəmizin hansı şəhərlərinə hücum ediləcəyini müəyyənləşdirir, hərbi əməliyyatları əlaqələndirir, əmrlər verirlər”, - spiker vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər