13 Sentyabr 11:06
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət Ermənistanın MDB-nin qeyri-rəsmi sammitində hansı səviyyədə iştirak edəcəyini rəsmən açıqlamağa tələsməsə də, hakim komandada Baş nazir Nikol Paşinyanın özünün iştirak edəcəyinə şübhə yoxdur. Sammit oktyabrın 7-8-də Rusiyada keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Məsələ budur ki, oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür, hakimiyyət ümid edir ki, Paşinyan yaranmış təhdidləri aradan qaldırmaq üçün çarı təbrik etmək və xaçını öpmək fürsətini əldən verməyəcək.

Qeyd edək ki, baş nazirin sözçüsü Paşinyanın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib. Müstəqillik günündə - sentyabrın 21-də isə Fransa Prezidenti Emmanuel Makron Ermənistana gələ bilər. Deməli, nə Qərb, nə də Rusiya diqqətdən kənarda qalır. Eyni anda iki kresloda oturmaq cəhdlərinin nə qədər davam edəcəyi bəlli deyil”, - nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər