13 Sentyabr 15:02
4 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml şübhə etmir ki, Prezident Vladimir Putinin Rusiyanın dərinliklərinə mümkün zərbələrin nəticələri barədə bəyanatı nəzərdə tutulan yerlərə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Biz şübhə etmirik ki, bu bəyanat öz ünvanına çatıb”, - Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, Putinin söylədikləri hər hansı yanlış şərhlərin mümkünlüyünü istisna edir: “Putinin dünən verdiyi bəyanat son dərəcə aydındır, birmənalıdır və heç bir ikili oxunuşlara imkan vermir”.

Rusiya lideri bundan əvvəl söyləyib ki, Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək icazəsi verilərsə, bu, NATO, ABŞ və Avropa ölkələrinin hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq. Onun sözlərinə görə, bu, münaqişənin mahiyyətini xeyli dəyişəcək və həmin ölkələrin Rusiya ilə müharibə vəziyyətində olması anlamına gələcək. Putin bu durumda müvafiq qərarların olacağı barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər